19:52 14-11-2021
news_image
149
FUTBOL

Xorvatiya yığması DÇ-2022-də - xoşbəxtlərin sayı 7-yə çatdı

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində sonuncu – X tur start götürüb.

Apasport.az saytının məlumatına görə, öncə H qrupunda mübarizəyə yekun vurulub.

İlk iki pillənin sahibinə son tur aydınlıq gətirib. Qrupun liderləri Xorvatiya və Rusiya öz aralarındakı matçda qalibi müəyyənləşdirib.

Son dünya çempionatının gümüş mükafatçısı aşkar üstünlüyə malik olduğu qarşılaşmada çətin qələbə qazanıb. Xorvatiya yalnız Fyodor Kudryaşovun 81-ci dəqiqədəki avtoqolu ilə hesabı açaraq qalib gəlib. Bununla da xal hesabını 23-ə çatdıran balkanlılar rəqibini 1 xal geridə qoyaraq qrup qalibi olublar.

Qeyd edək ki, bununla da gələn il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək mundialda iştirakı dəqiqləşən komandaların sayı 7-yə çatıb. Meydan sahibi Qətərin birbaşa vəsiqə qazandığı mundialda oynamaq hüququnu daha öncə Avropadan Danimarka, Almaniya, Fransa və Belçika, Cənubi Amerikadan Braziliya yığmaları qazanıb.