22:50 14-11-2021
news_image
140
FUTBOL

Şimali Makedoniya pley-offda

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin sonuncu turu davam edir.

Apasport.az saytının məlumatlına görə, J qrupunda X tur yalnız pley-offa vəsiqə baxımından əhəmiyyət kəsb edib.

Şimali Makedoniya və Rumıniya qiyabi mübarizədə 2-ci yerin sahibini müəyyənləşdirib. Öz meydanında İslandiya ilə qarşılaşan Şimali Makedoniya 3:1 hesablı qələbə sayəsində xal hesabını 18-ə çatdırıb.

Rumıniyanın Lixtenşteyndəki qazandığı üç xal (2:0) ikinci yer üçün yetərli olmayıb. Komanda 17 xalla 3-cü sırada qalıb. 1-ci yeri öncədən təmin edən Almaniya özü üçün formal görüşdə Ermənistana qalib gəlib – 4:1.

Qeyd edək ki, Şimali Makedoniya pley-offa yüksələn 6-cı komanda olub. Daha öncə Şotlandiya, Avstriya, Rusiya, Uels və Çexiya bu hüququ əldə edib.