23:39 14-11-2021
news_image
358
FUTBOL

De Byazi Azərbaycanda ilin futbolçusunu açıqladı

Canni de Byazi 2021-ci ildə Azərbaycanın ən yaxşı futbolçusunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Qətərlə yoldaşlıq oyunundan (2:2) sonra Emin Mahmudovla Mahir Emreli arasında seçim edib.

De Byazi yığmanın ən yaxşı bombardirini daha üstün sayıb: “2021-ci ilin ilk hissəsində Mahir “Qarabağ”ın qolçusu idi. Millidə bizimlə 14 oyun keçirdi, qol vurmadı. Hücumçunun əsas işi qol vurmaqdır. Bilmirəm, bəlkə Polşada bəxti gətirir, qol vurur. Bu gün də çox istəkli idi. Çox istəyi bəlkə də alınmamasına səbəb olur. Mənə görə, ilin ən yaxşısı Emin Mahmudovdur. Uzun fasilədən sonra “Neftçi” ilə çempion oldular. Mənim ilk vaxtlarımda da millidə oynamırdı. Onunla görüşümdən sonra hər şey dəyişdi. Onun yanaşması çox xoşuma gəldi”.