10:19 15-11-2021
news_image
146
FUTBOL

Yığmamızın düşərgəsində olan Rüstəm Əhmədzadə təklif alıb?

“Minay”ın baş məşqçisi İqor Leonov hücumçuları Rüstəm Əhmədzadə ilə “Zarya”nın maraqlanması barədə yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında informasiyanı təkzib edib.

O, Azərbaycan millisinin forvardı üçün təklif almadıqlarını söyləyib: “Hələlik heç bir danışıq yoxdur. Rüstəm Azərbaycan yığmasının düşərgəsindədir. Onunla bağlı təklif yoxdur. Nə mənə, nə də kluba zəng edən olub. Bunlar şayiələrdir. Bir şey bilsəydim, deyərdim ki, təklif var”.

Qeyd edək ki, Rüstəm Əhmədzadənin “Minay”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.