10:39 15-11-2021
news_image
146
FUTBOL

Yığmamızın qazancı - FİFA reytinqində

Azərbaycan millisi FİFA reytinqindəki hesabını artırıb.

Apasport.az saytının məlumatına görə, buna Qətərlə yoldaşlıq oyununun nəticəsi səbəb olub.

2:2 hesablı heç-heçəyə imza atan Canni de Byazinin yetirmələri 2,5 xal əldə edib. Bundan əvvəl Lüksemburqa 1:3 hesabı ilə uduzan komanda 10,4 xal itirmişdi. Bununla da noyabrın iki görüşünün yekununda yığmamız 7,9 xal geri düşüb.

Hazırda 1146 xalla dünyanın 119-cusu olan milli bu rəqəmin 1138-ə enməsinə səbəb olub. Xalların azalması böyük ehtimalla mövqeyimizə də təsir edəcək. Bu, qonşu pillələrdə qərarlaşanların nəticələrindən asılıdır.

Qeyd edək ki, növbəti FİFA reytinqi noyabrın 25-də açıqlanacaq.