11:00 15-11-2021
news_image
71
FUTBOL

Mundiala yollanan baş məşqçi: “100 kiloqramlıq yükü çiynimdən atdım”

İspaniya yığmasının baş məşqçisi Luis Enrike komandasının dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis seçmə mərhələnin son turunda İsveç üzərində 1:0 hesablı qələbə qazanmaqla böyük uğur əldə etdiklərini söyləyib.

İspaniyalı çalışdırıcı hətta seçmə mərhələdəki gərginliyin əvvəlki yarışlardan daha çox olduğunu bildirib: “100 kiloqramlıq yükü çiynimdən atdım. Bu turnirdə Avropa çempionatı və Millətlər Liqasındakı “Dördlər finalı”ndan daha çox təzyiq hiss etdim. Bütün diqqətimi dünya çempionatında yaxşı çıxış etməyə yönəltmişəm. Başa düşürəm ki, məşqçi qalib olmur, ancaq tənqid edilir. Bu, futbol sirkidir, bunu qəbul etməliyəm”.

Qeyd edək ki, İspaniya yığması B qrupunda 19 xalla birinci yeri tutub.