11:17 15-11-2021
news_image
94
FUTBOL

“Qalatasaray” millinin hücumçusu ilə 5,5 illik müqavilə imzalayacaq

“Qalatasaray” hücumçusu Kerem Aktürkoğlu ilə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı forvard tezliklə uzunmüddətli sazişə qol çəkəcək.

Hazırda Türkiyə millisinin düşərgəsində olan Kerem “cim-bom”un düşərgəsinə dönən kimi, yeni 5,5 illik anlaşmaya qol çəkəcək. Çünki tərəflər arasında hərtərəfli razılıq əldə olunub. Hücumçunun 79 min avroluq illik məvacibində də ciddi artım rəsmiləşəcək.

Qeyd edək ki, Kerem Aktürkoğlu “Qalatasaray”a ötən ilin yayında “24 Erzincanspor”dan keçib.