12:37 15-11-2021
news_image
133
FUTBOL

Premyer Liqa klubu yeni baş məşqçisini açıqladı

İngiltərə Premyer Liqasının daha bir klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Aston Villa”dan sonra “Norviç” rəsmi saytı vasitəsilə yeni çalışdırıcısını açıqlayıb.

Autsayder bu posta məhz Birmingem klubundan istefaya göndərilən Din Smiti gətirib. 50 yaşlı yerli mütəxəssis “Norviç”lə iki il yarımlıq müqavilə imzalayıb.

Qeyd edək ki, “Norviç” 11 turdan sonra 5 xalla Premyer Liqada sonuncu pillədə qərarlaşır.