22:02 15-11-2021
news_image
171
FUTBOL

De Byazinin “onluğ”u

Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi 2021-ci ildə ümumilikdə 47 futbolçunu milliyə çağırıb.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis baş tutan 13 qarşılaşmada onlardan 37-nə şans verib.

On futbolçu yığmaya cəlb olunsa da, heç bir matçda meydana çıxmayıb. Bu oyunçulardan bəziləri yalnız yoxlama xarakterli toplanışa, digərləri matçlara dəvət alıb. Görüşlər üçün heyətə cəlb olunanlar da bəzən “23-lük”də, bəzən ondan da kənarda qalıb.

İl ərzində yığmaya dəvət alıb, meydana çıxmayanlar Bəxtiyar Həsənalızadə, Mert Çelik, Aydın Bayramov, Elvin Camalov, Rahil Məmmədov, Rəhman Hacıyev, Rövlan Muradov, Turan Manafov, Ülvi İsgəndərov və Xəyal Nəcəfovdur.

Qeyd edək ki, bu 10 futbolçudan dördü – Rəhman, Xəyal, Rahil və Elvin müxtəlif illərdə millidə forma geyib. Digər 6 oyunçunun gözlədiyi debütü gerçəkləşməyib.