13:49 15-11-2021
news_image
282
FUTBOL

Yığmamızın 1 ili: 11 qol, 11 debütant – STATİSTİKA

Azərbaycan millisi 2021-ci ili başa vurub.

Apasport.az saytının məlumatına görə, yığmamız bu il 13 oyun keçirib.

Komandamız DÇ-2022-in seçmə mərhələsində 8 matça çıxıb və 5 yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Baş məşqçi Canni de Byazi bu qarşılaşmalarda 37 futbolçuya şans verib.

Həm oyun, həm qol sayında millinin lideri Emin Mahmudovdur. Hamıdan çox – 7 qol vuran yarımmüdafiəçi Namik Ələskərovla eyni sayda oyuna çıxsa da, meydanda daha çox vaxt keçirib. 

Dörd futbolçu 11 dəfə şans qazanıb. Bunlar Maksim Medvedev, Anton Krivotsyuk, Azər Salahlı və Ramil Şeydayevdir. Maksim dəqiqə sayında yalnız Emindən geri qalır. O, il ərzində bir avtoqola da üzülüb. 37 oyunçudan 6-sı yalnız bir matçda meydanda olub. 

Komandanın 11 qoluna 4 futbolçu imza atıb. Mahmudov 7, Ramil Şeydayev 2, müdafiəçilər Azər Salahlı və Bədavi Hüseynov hərəyə bir dəfə fərqlənib. Emin 2, Ramil 1 penaltini dəqiq yerinə yetirib. Yığmamız isə 4 belə cəza alıb. Onların hamısı qolla nəticələnib.

De Byazi il ərzində 11 debütanta şans verib. Lakin onlardan yalnız üçü Azərbaycan futbolunun yetirməsidir. Digərləri isə legioner və ya başqa ölkənin yetişdirdiyi oyunçulardır. Anatoli Nuriyev, Höccət Haqqverdi, Filip Ozobiç, Toral Bayramov, Rüstəm Əhmədzadə, Aleksey İsayev, Elvin Cəfərquliyev, Sərtan Taşkın, Mehdi Cənnətov, Murad Xaçayev və Cəlal Hüseynov millidəki ilk matçını 2021-ci ildə keçirib.

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Emin Mahmudov

12

1013

7

2

0

Namik Ələskərov

12

544

0

2

0

Maksim Medvedev

11

932

0

4

0

Anton Krivotsyuk

11

867

0

2

0

Azər Salahlı

11

761

1

1

0

Ramil Şeydayev

11

459

2

0

0

Qara Qarayev

10

825

0

0

0

Mahir Emreli

9

558

0

2

0

Abbas Hüseynov

9

531

0

2

0

Anatoli Nuriyev

9

298

0

0

0

Şahrudin Məhəmmədliyev

8

720

-18

0

0

Höccət Haqqverdi

8

675

0

2

0

Filip Ozobiç

7

528

0

1

0

Toral Bayramov

7

390

0

0

0

Əli Qurbani

6

339

0

2

0

Vüqar Mustafayev

6

138

0

2

0

Bədavi Hüseynov

5

450

1

0

0

İsmayıl İbrahimli

5

318

0

0

0

Rüstəm Əhmədzadə

5

154

0

0

0

Emil Balayev

4

360

-7

0

0

Elvin Bədəlov

4

360

0

0

0

Aleksey İsayev

4

167

0

1

0

Təmkin Xəlilzadə

4

164

0

1

0

Araz Abdullayev

4

128

0

1

0

Elvin Cəfərquliyev

4

110

0

0

0

Rəhim Sadıxov

4

73

0

0

0

Bəhlul Mustafazadə

3

258

0

0

0

Tellur Mütəllimov

3

122

0

1

1

Renat Dadaşov

3

106

0

0

0

Sərtan Taşkın

2

135

0

0

0

Şəhriyar Əliyev

2

128

0

1

0

Mehdi Cənnətov

1

90

-1

0

0

Coşqun Diniyev

1

45

0

0

0

Murad Xaçayev

1

27

0

0

0

Amil Yunanov

1

15

0

0

0

Amin Seydiyev

1

12

0

0

0

Cəlal Hüseynov

1

1

0

0

0