15:17 15-11-2021
news_image
218
FUTBOL

Aybaba mətbuatı qınadı: “Elə bil başqa adamla danışıb mənim adımdan yazırlar

“Azərbaycan milli komandasından heç təklif almadım. Bunu Türkiyə mətbuatı hardan yazır – bilmirəm”. 

Apasport.az saytının məlumatına görə, bunu türkiyəli məşqçi Samet Aybaba deyib.

O, AFFA ilə heç bir danışıq aparmadığını bildirib: “Mən AFFA-dan heç təklif almadım və danışıq da olmadı. Türkiyə mətbuatı yazır və hər dəfə də mənə zəng edirlər. Sizə dediklərimin eynisini onlara da deyirəm. Amma həmişə əksini yazırlar. Elə bil ki, başqa adamla danışıb mənim adımdan qeyd edirlər. Azərbaycan milli komandasını da izləyirəm. Heç də yaxşı vəziyyətdə deyil. Ümid edirəm ki, hər şey qaydasına düşəcək” (futbolinfo.az).