15:52 15-11-2021
news_image
138
FUTBOL

Xavinin ilk transfer istəyi

“Barselona”nın yeni baş məşqçisi Xavi Ernandesin ilk transfer istəyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis “Liverpul”un hücumçusu Məhəmməd Salahı sərəncamında görmək niyyətindədir.

İspaniyalı çalışdırıcı bu istəyini artıq rəhbərliyə çatdırıb. Kataloniya təmsilçisi də vaxt itirmədən “Liverpul” rəhbərliyi ilə təmasa keçib. La Liqa təmsilçisi pandemiya dönəmində ciddi maliyyə problemi yaşasa da, Salahın transferi üçün tələb olunan büdcəyə sahibdir.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm 15 oyunda 15 qol vurub, 6 məhsuldar ötürmə verib. Onun “qırmızılar”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.