16:36 15-11-2021
news_image
107
FUTBOL

Milli futbolçusundan 2027-ci ilə qədər müqavilə

“Vilyarreal”ın hücumçusu Yeremi Pinonun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı forvard La Liqa təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Avropa nəhənglərinin diqqət mərkəzində olan Pino üçün “Vilyarreal” saysız-hesabsız təkliflər almasına baxmayaraq, komandasında qalmağı üstün tutub. Onun yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Yeremi Pino ötən mövsüm Avropa Liqasını qazanan ən gənc futbolçu (18 ya 218 gün) kimi tarixə düşüb.