17:00 15-11-2021
news_image
1823
FUTBOL

“11-lik” - Süleymanov, Qurbanov, Almeyda, Mahmudov...

Azərbaycan milli komandasının tarixində 12-ci dəfə yığmamızın üzvü dubla imza atıb.

Apaasport.az saytının məlumatına görə, buna Emin Mahmudov nail olub.

Yarımmüdafiəçi Qətərlə yoldaşlıq oyununda (2:2) rəqib qapısına iki qol vurub. Ona qədər millinin son dublu təxminən 3 il əvvəl qeydə alınıb. 2018-ci il oktyabrın 11-də Farer adaları ilə qarşılaşmada (3:0) Riçard Almeyda fərqlənib.

Emin yığmada dubl edən 11-ci futbolçudur. Onlardan biri – Qurban Qurbanov iki oyunda bunu bacarıb.

Dubl sevinci yaşayan “11-lik”də Nazim Süleymanov, Ruslan Lukin, Vladislav Qədirov, Nadir Nəbiyev, Samir Əliyev, Rüfət Dadaşov, Rahid Əmirquliyev, Əfran İsmayılov, Riçard Almeyda və Emin Mahmudov da yer alıb.

Qeyd edək ki, millinin 29 illik tarixində heç bir futbolçu bir oyunda 2-dən artıq qol vurmayıb.