17:17 15-11-2021
news_image
166
FUTBOL

“Real”ı “Arsenal”a dəyişir

“Real”ın yarımmüdafiəçisi İsko komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Arsenal”a keçməyə daha yaxın görünür.

Premyer Liqanın bir neçə klubunun maraq dairəsində olan 29 yaşlı hücumameyilli oyunçu “topçular”la danışığı müsbət məcrada keçir. Tərəflər ortaq məxrəcə gələ bilsə, İsko mövsümün sonunda Londona köçəcək.

İspaniya millisinin üzvünün “kral klubu” ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, yeni komandasına azad agent kimi keçəcək.