00:57 16-11-2021
news_image
110
FUTBOL

Neymar Argentina ilə oyunu buraxacaq

Braziliya yığması ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, hücumçu Neymar sıradan çıxıb.

Ulduz futbolçu əzələsindən zədə alıb. 29 yaşlı forvard DÇ-2022-nin seçmə mərhələsində Argentinaya qarşı keçiriləcək oyunu buraxmalı olacaq. “Sambaçılar” dünya çempionatına vəsiqəni təmin etdiyindən, komandanın tibbi heyəti hücumçunun sağlamlığını riskə atmamaq qərarına gəlib.

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Argentina – Braziliya oyunu Bakı vaxtı ilə saat 03:30-da başlayacaq.