09:30 16-11-2021
news_image
3604
FUTBOL

Gerye: “Qarabağ”dan təklif gələndə Türkiyədən ayrılmaq istəmirdim”

“Veçista” Ekstraklasada oynamağı hədəfləyir. Bu layihə mənim xoşuma gəldi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Vild-Donald Gerye Polşanın “Veçista” klubuna keçidini dəyərləndirərkən deyib.

33 yaşlı sol cinah müdafiəçisi yerli mətbuata açıqlamasında vaxtilə Azərbaycana yollanmasının səbəbini də açıqlayıb: “Veçista”ya keçidim mənə bir az Türkiyədə oynadığım vaxtı xatırladır. Sonra “Qarabağ”dan təklif gəldi, amma Türkiyədən ayrılmaq istəmirdim. Bununla belə, “Qarabağ” məni Çempionlar Liqasına yüksəlmək, Azərbaycan futbolunun tarixinə düşmək istədiklərinə inandırdı. Çünki tarix yazmağı xoşlayıram. “Veçista” da Ekstraklasaya yüksəlsə, tarixi hadisə olar”.

Gerye eyni zamanda yeni komandasında yüksək məbləğdə maaş qazanmayacağını da etiraf edib: “Burada Türkiyə və Azərbaycandakı kimi ayda on minlərlə avro maaş almasam da, müqaviləm sağlamdır”. 

Qeyd edək ki, Vild-Donald Gerye 2017-19 və 2020-21-ci illərdə “Qarabağ”ın, 2019/20 mövsümündə isə “Neftçi”nin formasını geyinib.