10:15 16-11-2021
news_image
143
FUTBOL

Millimizin sabiq futbolçusu İspaniya klubunda baxışda

Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilov İspaniyada özünə klub axtarmaqda davam edir.

Apasport.az saytının məlumatına görə, son olaraq ötən mövsüm “Albasete”də çıxış edən yarımmüdafiəçi yenidən La Liqa-2 klubunda çıxış etməyə yaxındır.

29 yaşlı orta sahə oyunçusu bu dəfə çempionatın digər iştirakçısı “Luqo”nun düşərgəsinə qoşulub. “Luqo” klubu Eddinin baxışdan keçirildiyini rəsmən bəyan edib. Oyunçu hətta komanda ilə ilk məşqini də keçib. Onun komandada qalıb-qalmayacağı ilə bağlı qərarı bir neçə günlük baxışdan sonra məşqçilər korpusu verəcək.

Qeyd edək ki, Eddi İsrafilov son olaraq 2019-cu ilin noyabrında Slovakiyaya (0:2) qarşı AVRO-2020-nin seçmə mərhələ matçında millimizin formasını geyinib. Onun xidmətində maraqlı olan komandalar arasında “Neftçi” də var.