10:19 16-11-2021
news_image
97
FUTBOL

Hakimlərin VAR-la bağlı danışıqları açıqlanacaq - yenilik

İtaliya A seriyasında yeniliyin tətbiqi nəzərdən keçirilir.

Apasport.az saytının məlumatına görə, hakimlərin VAR-a nəzarət edən ədalət təmsilçiləri ilə danışıqları azarkeşlərə təqdim olunması gözlənilir.

Bunu italiyalı hakim Canluka Rokki açıqlayıb: “Belə imkan var və gerçəkləşə də bilər. Heç bir sirrimiz ola bilməz. Nəyi və niyə danışdığımızı başa düşməlidirlər. İnsanlar onda görəcək ki, hakimlər necə vicdanlıdır”.

İtaliya Hakimlər Assosiasiyasının prezidenti Alfredo Trentalanje də VAR-la bağlı şəffaflığın qorunması üçün addımlar atılacağını qeyd edib. O bildirib ki, VAR otağında veteran futbolçuların iştirakı da mümkündür: “Biz eksperimentlərə hazırıq. Bunları UEFA və FİFA ilə də müzakirə etməliyik”.