11:03 16-11-2021
news_image
105
FUTBOL

Tyaqo Silvaya Braziliyadan təklif

İngiltərənin “Çelsi” klubunun braziliyalı futbolçusu Tyaqo Silva karyerasını vətənində davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin xidmətində “Fluminense” maraqlıdır.

Braziliya klubu sabiq oyunçusunu qaytarmaqla bağlı danışıqlara da start verib. “Fluminense” Silvanın agenti ilə müzakirələr aparır.

Braziliyalılar yayda müqaviləsi başa çatacaq oyunçunu azad agent kimi sıralarına qatmağı planlaşdırır. Tyaqo isə “Çelsi” ilə anlaşmanın daha bir il uzadılmasının tərəfdarıdır.

Qeyd edək ki, müdafiəçi 2006-08-ci illərdə “Fluminense”nin şərəfini qoruyub.