12:45 16-11-2021
news_image
104
FUTBOL

Xaviyə görə qərarını dəyişdi

“Barselona”da Xavi Ernandesin baş məşqçi təyin edilməsi yarımmüdafiəçi Filipp Koutinyonun qərarına təsir edib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü artıq Kataloniya klubunu tərk etmək istəmir.

La Liqa təmsilçisi hələ mövsümün əvvəlində ulduz futbolçudan qurtulmağa çalışa da, klub tapa bilməmişdi. Bir müddət əvvəl rəhbərlik yanvarda onu satmaq fikrinə düşsə də, Filipp ən azı mövsümün sonuna qədər komandada qalmaq qərarına gəlib. 29 yaşlı pleymeyker Xavinin rəhbərliyi altında əvvəlki formasını bərpa edəcəyinə inanır.

Qeyd edək ki, Filipp Koutinyonun “Barselona” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.