13:14 16-11-2021
news_image
97
FUTBOL

Abidal istintaqda dindiriləcək – qadın futbolçu ilə bağlı

Fransa yığmasının və “Barselona”nın sabiq müdafiəçisi Erik Abidalın PSJ-nin qadın futbolçusu Keyra Amrauinin döyülməsində əli ola bilər.

Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssis aparılan işin istintaqı çərçivəsində dindiriləcək.

Amrauinin telefonunda tapılan sim kartın Abidalın adına rəsmiləşdirildiyi məlum olub. Həmçinin zərərçəkən ona edilən hücumun ertəsi günü Abidala zəng vurub.

Daha əvvəl Amrauiyə hücumu təşkil etməkdə şübhəli bilinən PSJ-nin digər qadın futbolçusu Aminata Diallonun saxlanıldığı barədə xəbərlər yayılsa da, sonradan hadisədə Diallonun heç bir rolunun olmadığı təsdiqlənib.

Qeyd edək ki, Keyra Amrauinin evli kişi ilə münasibətdə olduğu üçün maskalı adamlar tərəfindən döyüldüyü iddia olunur.