13:32 16-11-2021
news_image
122
FUTBOL

Haland İngiltərəyə köçəcək

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu iddia ilə ispaniyalı jurnalist Xosep Pedrerol çıxış edib.

O, həmkarlarından birinin “Real”a norveçli forvardı təklif etməsinə cavab olaraq “Real” rəhbərliyi Halandın Premyer Liqa klublarından birinə keçəcəyini bilir”, - deyib. Jurnalist gənc forvardın İngiltərə çempionatındakı rəqabəti üstün tutaraq bu seçimi etdiyini söyləyib.

Qeyd edək ki, Erlinq Halandın “Borussiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.