14:00 16-11-2021
news_image
129
FUTBOL

Keçmiş prezident: “Azərbaycanla oyunda ustalıq fərqi öz işini görür”

“Baş məşqçilər bizim məntiqli hesab etdiyimiz gedişləri etsəydi, bizim məşqçilərə ehtiyacımız olmazdı”.

Apasport.az saytının məlumatına görə, bunu Polşa Futbol Assosiasiyasının keçmiş prezidenti Zbiqniev Boniek deyib.

Polşa yığmasının son vaxtlardakı çıxışını dəyərləndirən sabiq rəhbər, xüsusən də, zəif rəqiblərlə görüşlərdə büdrəməməyin vacibliyini vurğulayıb: “Qazaxıstan, Azərbaycan və ya San Marino kimi daha zəif rəqiblərlə qarşılaşanda müəyyən formada oynamalısınız. Çünki həmin matçlarda futbolçuların ustalıq fərqi öz işini görür. Boksda olduğu kimi, futbolda da insanların keyfiyyəti kimi bir şey var. Sizcə, San Marino məşqçisinin oyunu necə keçirmək barədə heç bir fikri yoxdur? Sadəcə, kimsə bu konsepsiyanı həyata keçirməlidir”.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsində yer aldığı İ qrupunda ikinci yeri tutan Polşa yığması final mərhələsinə vəsiqə üçün pley-off oynayacaq.