14:55 16-11-2021
news_image
377
FUTBOL

Milli üçün 14 klub: “Qarabağ” hamıdan öndə, “Neftçi” üçüncü pillədə - STATİSTİKA

Azərbaycan millisinin heyətində 14 klubun futbolçuları meydana çıxıb.

Apasport.az saytının məlumatına görə, 2021-ci ildə 13 matça çıxan yığmada 7 yerli və 7 xarici klub təmsil olunub.

Premyer Liqa klublarından yalnız “Qəbələ”nin futbolçuları Canni de Byazidən şans görməyib. Polşa və Ukraynanın hərəsindən iki, həmçinin Portuqaliya, Kipr və Türkiyədən bir komanda millimizə oyunçu verib.

Təmsilçi və onların oyun sayında “Qarabağ” hamıdan öndədir. Ağdam klubunun 13 üzvü ümumilikdə 80 matça çıxıb. “Sumqayıt” ikinci, “Neftçi” üçüncüdür. Lakin bakılılar Emin Mahmudovun 7 qolu sayəsində top sayında hamını qabaqlayır.

2021-ci ildə millidəki klub təmsilçiliyi
1. “Qarabağ” – 80 oyun, 1 qol, 25 buraxılan qol (13 futbolçu)
2. “Sumqayıt” – 33 oyun, 1 buraxılan qol (8 futbolçu)
3. “Neftçi” – 22 oyun, 7 qol (3 futbolçu)
4. “Sabah” – 16 oyun, 2 qol (6 futbolçu) 
5. “Keşlə” – 13 oyun, 1 qol (2 futbolçu)
6. “Minay” (Ukrayna) – 10 oyun (2 futbolçu)
7. “Bursaspor” (Türkiyə) – 7 oyun (1 futbolçu)
8-9. “Visla” (Plotsk, Polşa) – 6 oyun (1 futbolçu)
8-9. “Legiya” (Polşa) – 6 oyun (1 futbolçu)
10-12. “Zirə” – 4 oyun (3 futbolçu)
10-12. “Kolos” (Ukrayna) – 4 oyun (1 futbolçu)
10-12. “Etnikos” (Kipr) – 4 oyun (1 futbolçu)
13. “Tondela” (Portuqaliya) – 3 oyun (1 futbolçu)
14. “Səbail” – 1 oyun (1 futbolçu)