15:47 16-11-2021
news_image
122
FUTBOL

“Barselona” “Borussiya”ya rəqib oldu

“Zalsburq”un hücumçusu Karim Adeyemi daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sından sonra “Barselona” da 19 yaşlı forvardı transfer etmək niyyətindədir.

Almaniya millisinin üzvü bir çox klubun gündəmində olsa da, hələlik yalnız adları sadalanan iki komandadan təklif alınıb. “Borussiya” 35 milyon ödəmək iqtidarındadırsa, kataloniyalılar 40 milyon və oyunçunun özünə 5 illik müqavilə təklif edib. Adeyemi də “Barselona”da oynamaq arzusundadır.

Qeyd edək ki, Karim Adeyeminin “Zalsburq”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.