15:48 21-11-2021
news_image
99
FUTBOL

XXI əsrdə Super Liqada ən çox xal toplayan BAŞ MƏŞQÇİLƏR

Ən çox baş məşqçi dəyişikliyi ilə yadda qalan Türkiyə Super Liqasında son 20 ildə saysız-hesabsız mütəxəssis çalışıb.

Apasport.az saytının məlumatına görə, ilk uğursuzluq və ardıcıl məğlubiyyət olan kimi, məhz baş məşqçinin “qələmi qırılır”.

Türkiyə mətbuatı isə XXI əsrdə ölkə çempionatında ən çox xal toplayan baş məşqçilərin siyahısını açıqlayıb. Maraqlıdır ki, son 20 ildəki göstəricilərə əsasən Fatih Terim 7-ci sırada qərarlaşıb. Siyahıya hazırda “Sivasspor”un sükanı arxasında olan Rıza Çalımbay başçılıq edir.

1. Rıza Çalımbay – 802 xal
2. Aykut Kocaman - 800
3. Ersun Yanal - 670
4. Abdullah Avcı - 642
5. Şenol Güneş - 590
6. Ertuğrul Sağlam - 562
7. Fatih Terim - 518
8. Hikmet Karaman - 514
9. Samet Aybaba - 483
10. Mesut Bakkal - 408