16:25 16-11-2021
news_image
132
FUTBOL

Mendi daha iki zorlamada ittiham olundu

“Mançester Siti”nin müdafiəçisi Benjamin Mendi daha iki zorlamada ittiham olunub.

Apasport.az saytının məlumatına görə, bununla fransalı ilə bağlı oxşar şikayət sayı 6-ya yüksəlib.

27 yaşlı sol cinah müdafiəçisi avqustda da dörd zorlamada ittiham olunub. İttihamları yaşı 16-dan yuxarı olan dörd qadın irəli sürüb. Onlar ötən ilin oktyabrından bu ilin avqustuna qədər Mendinin hücumuna məruz qaldıqlarını iddia ediblər. Futbolçu ilə birlikdə 40 yaşlı Lui Saha Matturi də eyni cinayətlərdə ittiham olunub.

Benjamin Mendi hazırda Liverpul həbsxanasındadır və yanvarın 24-dək orada qalacaq.