17:15 16-11-2021
news_image
92
FUTBOL

Beyl Belçika ilə oyunu buraxacaq

Uels millisi kapitanı Qaret Beyli itirib.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu növbəti dəfə zədələnib.

Beyl DÇ-2022-nin seçmə mərhələsində Belarusla qarşılaşmada xəsarət alıb. 5:1 hesabı ilə qalib gəldikləri matçın ilk yarısında baldır əzələsində diskomfort hiss edən ulduz futbolçu fasilədən sonra əvəzlənib. Bu üzdən Beyl seçmə mərhələnin Belçikaya qarşı keçiriləcək son matçını buraxacaq. Madridə qayıdacaq oyunçu klubu “Real” tərəfindən tibbi müayinədən keçəcək.

Qeyd edək ki, bu gün keçiriləcək Uels – Belçika oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.