10:14 21-11-2021
news_image
136
FUTBOL

Özündən qat-qat dəyərli rəqibini səfərdə darmadağın edənlər – “altılıq”

Yaxşı heyətə malik olmaq üçün güclü futbolçuları bir araya toplamalısınız.

Apasport.az saytının məlumatına görə, hər oyunçunun da transfer dəyəri var.

Heyətinizdə nə qədər çox güclü futbolçu olarsa, komandanızın dəyəri də o qədər yüksək olar. Ancaq istənilən halda qələbə meydançadakı mübarizə ilə qazanılır. Bəzən iki komanda arasında dəyər fərqi inanılmaz dərəcədə böyük olmasına baxmayaraq, zəif hesab olunan tərəf də qələbə qazana bilir.

Transfer dəyəri minimum 300 milyon avro az olsa da, güclü rəqibini səfərdə böyük hesabla məğlub edən komandaları sıralayacağıq.

1. “Çelsi” – “Vest Bromviç” – 2:5
Tarix: 3 aprel 2021
“Çelsi”nin dəyəri: 668 milyon avro
“Vest Bromviç”in dəyəri: 102 milyon avro
Dəyər fərqi: 566 milyon avro

2. “Bavariya” – “Ştutqart” – 1:4
Tarix: 12 may 2018
“Bavariya”nın dəyəri: 542 milyon
“Ştutqart”ın dəyəri: 73 milyon
Dəyər fərqi: 469 milyon

3. “Real” – “Ayaks” – 1:4
Tarix: 5 mart 2019
“Real”ın dəyəri: 793 milyon
“Ayaks”ın dəyəri: 339 milyon
Dəyər fərqi: 454 milyon

4. “Mançester Siti” – “Lester” – 2:5
Tarix: 27 sentyabr 2020
“Mançester Siti”nin dəyəri: 711 milyon
“Lester”in dəyəri: 314 milyon
Dəyər fərqi: 397 milyon

5. “Borussiya” (Dortmund) – “Ştutqart” – 1:5
Tarix: 12 dekabr 2020
“Borussiya”nın dəyəri: 445 milyon
“Stutqart”ın dəyəri: 88 milyon
Dəyər fərqi: 357 milyon

6. “Borussiya” (Dortmund) – “Hoffenhaym” – 0:4
Tarix: 27 iyun 2020
“Borussiya”nın dəyəri: 474 milyon
“Hoffenhaym”: 162 milyon
Dəyər fərqi: 312 milyon