17:53 16-11-2021
news_image
152
FUTBOL

Lempard Premyer Liqa klubundan təklif gözləyir

“Çelsi”nin sabiq baş məşqçisi Frenk Lempard karyerasını Premyer Liqa klublarından birində davam etdirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssis mövsümün sonuna qədər özünə yeni komanda tapmaq istəyir.

Daha əvvəl müxtəlif vaxtlarda “Norviç”, “Kristal Pelas” və “Nyukasl”ın onunla maraqlandığı bildirilirdi. “Çelsi”nin sabiq kapitanının fikrincə, ona ən uyğun klub “Lester”dir. Brendan Rocers “Mançester Yunayted”in sükanı arxasına keçsə, Lempardın “Lester” variantı yaranacaq.

Qeyd edək ki, Frenk Lempard bu ilin yanvarında “Çelsi”dən ayrıldıqdan bəri işsizdir.