23:10 16-11-2021
news_image
171
FUTBOL

Yığmamızın məğlub baş məşqçisi hələ də “dərs alır”

“Təəssüf ki, qapımıza doğru ilk zərbə qolla nəticələndi”.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin Norveçlə Bakıdakı görüş barədə fikirlərini açıqlayıb. O, 1:2 hesablı məğlubiyyətin səbəblərinə aydınlıq gətirib: “Demək olar ki, ilk hissədə oyun bizim nəzarətimizdə idi. Futbolçulardan və oynadığımız oyundan razıyam. Təbii ki, nəticə bizi qane etmir. Minimum bir xal qazanmağa layiq idik. Əvvəlki oyunla müqayisədə əsas dəyişiklik oyuna nəzarətin öz əlimizdə olması idi. Təəssüf ki, çox tez qol buraxdıq. Bunlar hamısı bizim üçün bir dərsdir”.

Qeyd edək ki, tsikldə 6-cı matçını keçirən yığmamız 5-ci dəfə uduzub.