23:11 16-11-2021
news_image
192
FUTBOL

Norveçin baş məşqçisi: “Layiq olduğumuz qələbəni qazandıq”

“Bizim üçün yaxşı başlanğıc oldu”. 

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Leyf Qunnar Smerud deyib.

Skandinaviyalı mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin Azərbaycanla görüşünü şərh edib: “Çox vacib olan erkən qolu vurduq. Qoldan sonra da yaxşı mübarizə apardıq və bir neçə yaxşı fürsətlər yaratdıq. Buna baxmayaraq, birinci hissədə ikinci qolu vura bilmədik. Oyunun gedişində tempi artıra bilmədik və Azərbaycan millisi oyuna nəzarəti ələ aldı. Etiraf edim ki, oyunçularımızın çoxu öz normal səviyyələrinə uyğun oynamadı. Hər şeyə rəğmən Norveç layiq olduğu qələbəni qazandı”.

Qeyd edək ki, “Bakcell Arena”dakı matçda Norveç yığması 2:1 hesablı qələbə qazanıb.