09:24 17-11-2021
news_image
286
FUTBOL

Messinin komandası DÇ-2022-də

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə XIV turu daha bir komandanın mundiala vəsiqə qazanması ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, Braziliyadan sonra Argentina yığması da dünya çempionatında iştirak hüququ əldə edib.

Lionel Messinin komandası məhz “sambaçılar”la qarşılaşmadan sonra vəsiqəni təmin edib. San Xuandakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb və 29 xalla ikinci pillədə qərarlaşan Argentinanın sona 4 tur qalmış ilk “dördlüy”ü tərk etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, hazırda Ekvador 3-cü (23 xal), Kolumbiya 4-cü (17), Peru isə 5-ci (17) pillədə qərarlaşır. Çili (16), Uruqvay (16), Boliviya (15) və Paraqvay (13) isə ümidini itirməyib.