10:14 17-11-2021
news_image
105
FUTBOL

Braziliya rekordu təkrarladı

Braziliya milli komandası dünya çempionatlarının seçmə mərhələlərində ardıcıl 15-ci səfər oyununda uduzmayıb.

Apasport.az saytının məlumatına görə, pentakempeonlar Argentina ilə qolsuz heç-heçə edib.

Titenin yetirmələri bununla da özlərinin məxsus olduğu turnirin rekordunu təkrarlayıblar. Braziliya millisi KONKAKAF zonasındakı rekordu 1954-93-cü illərdə gerçəkləşdirib. Həmin vaxt 15 səfərdə məğlub olmayan yığma 28 ildən sonra eyni nəticəyə imza atıb.

Qeyd edək ki, Braziliya yığması final mərhələsinə vəsiqə qazanan ilk Cənubi Amerika komandası adını xeyli əvvəl qazanmışdısa, Argentina 0:0 hesablı heç-heçədən sonra buna nail olub.