10:36 17-11-2021
news_image
98
FUTBOL

Seçmə mərhələlər tarixində 3-cü

Salvador millisinin futbolçusu Jairo Ernendes dünya çempionatları tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, mərkəzi amerikalı seçmə mərhələdə ən erkən qol müəllifi olan üç oyunçu sırasına düşüb.

O, Salvadorun Panama ilə matçının (1:2) 12-ci saniyəsində fərqlənib. Jaironu rekorddan 4 saniyə ayırıb.

Mütləq rekord Kristian Bentekeyə məxsusdur. Belçikalı 2016-cı ildə Cəbəllütariqi 6:0 hesabı ilə bitən matçın 8-ci saniyəsində məyus edib.

İkinci göstərici Davide Qualtieriyə məxsusdur. 1993-cü ildə İngiltərə ilə görüşün 9-cu saniyəsində qol vuran San-Marino yığması sonradan buna peşman olub – 1:7.