11:22 17-11-2021
news_image
136
FUTBOL

“Barselona”da istefa

“Barselona”da daha bir istefa baş verib.

Apasport.az saytının məlumatına görə, məşqçilər korpusunun ardından texniki katib Ramon Planes də vəzifəsindən ayrılıb.

Kataloniya klubu rəsmi saytı vasitəsilə bu ayrılığı açıqlayıb. Bildirilib ki, Planesin istəyi ilə gələn ilin yayına qədər olan müqaviləyə xitam verilib. Bu istefanın səbəbi kimi Xavi Ernandesin baş məşqçi postuna təyin olunması göstərilir.

“Barsa”da bu vəzifəyə sabiq futbolçular Yordi Kroyff və ya Karles Puyolun gətirilməsi gözlənilir.