23:31 17-11-2021
news_image
89
FUTBOL

“Borussiya”dan “Yuventus”a keçir

Dortmund “Borussiya”sının futbolçusu Aksel Vitsel qış transfer pəncərəsində komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçinin karyerasını İtaliyada davam etdirəcəyi gözlənilir.

Belçika millisinin oyunçusu “Yuventus”a keçməyə yaxındır. Tərəflər arasında danışıqlara start verilib və müsbət yekunlaşacağı inandırıcı görünür.

Qeyd edək ki, Vitsel 2018-ci ildən Almaniya klubunun formasını geyinir.