13:31 17-11-2021
news_image
124
FUTBOL

Mbappe “300”ə çatdı – 22 yaşında

Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe karyerasında 300-cü oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçunun yubileyi DÇ-2022-nin  seçmə mərhələsinin son turuna təsadüf edib.

O, Finlandiya üzərindəki 2:0 hesablı qələbədə qolla pay sahibi olub. Mbappe karyerası ərzində 190 qola imza atıb. Onun hesabında 93 assist var.

Qeyd edək ki, Mbappe karyerası ərzində “Monako”, PSJ və Fransa millisində oynayıb.