00:00 18-11-2021
news_image
368
FUTBOL

Avropada Mbappe, Azərbaycanda Mahmudov

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində futbolçuların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin ən yaxşısı Kilian Mbappedir.

Fransa millisinin hücumçusu 390 xala malikdir. Gənc forvardı komanda yoldaşı Kərim Benzema izləyir. Onun aktivində 239 xal var. İlk “üçlüy”ü niderlandlı Memfis Depay qapayır – 201 xal.

Azərbaycan millisinin ən yaxşısı Emin Mahmudovdur. Yarımmüdafiəçimiz 62 xalla Avropada 189-cudur.

Qara Qarayev 56 xalla 50 pillə geri qalır. 404-cü olan Anton Krivotsyukun 42 xalı var.