14:09 17-11-2021
news_image
267
FUTBOL

Pley-offun favoritləri açıqlandı – Türkiyənin şansı nə qədərdir?

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsində oynayacaq komandaların Qətərdəki mundiala yüksəlmək şansları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları son üç vəsiqəyə iddia edən 12 yığmanın dünya çempionatına çıxması üçün əmsalları açıqlayıb.

Birbaşa vəsiqə qazanmaması sensasiya sayılan Portuqaliya və İtaliya pley-offun əsas favoritləridir. Onlarla müqayisədə İsveçin mundial şansı təxminən iki dəfə azdır. Qardaş Türkiyə millisinin final mərhələsinə çıxması 6,00 əmsalla qiymətləndirilir.

Portuqaliya, İtaliya – 1,65
İsveç – 3,20
Rusiya, Uels – 4,00
Çexiya, Polşa, Şotlandiya – 5,00
Türkiyə, Ukrayna, Avstriya – 6,00
Şimali Makedoniya – 10,00

Qeyd edək ki, pley-off gələn ilin martında keçiriləcək.