14:14 17-11-2021
news_image
271
FUTBOL

Millimizin sabiq qapıçısı yenə əvəzedici komandaya göndərildi

Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Əzizli növbəti dəfə I diviziona göndərilib.

Apasport.az saytının məlumatına görə, “Zirə”nin 3-cü qapıçısı VIII turda ikinci komandanın heyətində meydana çıxacaq.

27 yaşlı qolkiper “Qarabağ-2” ilə keçiriləcək qarşılaşmada çərçivəni qoruyacaq. Bununla Əzizli cari mövsüm ikinci dəfə “Zirə”nin əvəzedicilərinin heyətində yer alacaq. O, I turda “Səbail”lə (2:1) səfər matçında da iştirak edib.

Qeyd edək ki, “Qarabağ-2” – “Zirə-2” oyunu saat 14:30-da başlayacaq.