15:02 17-11-2021
news_image
106
FUTBOL

“Yuventus” Vlahoviçlə müqaviləni razılaşdırdı

Serbiya millisinin və İtaliya “Fiorentina”sının Duşan Vlahoviç “Yuventus”a keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu 21 yaşlı hücumçu ilə müqaviləni razılaşdırıb.

Florensiya təmsilçisi ilə anlaşması mövsümün sonunda başa çatacaq forvard Turin klubuna azad agent kimi keçəcək. Onunla 5 illik müqavilə imzalanacaq. Duşan ildə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, serbiyalını qışda transfer etmək istəyən “Yuventus”un arzusu florensiyalıların 80 milyon avroluq tələbinə görə baş tutmayıb.