00:33 18-11-2021
news_image
125
FUTBOL

Pol Skoulz: “Şkaf”a qarşı boşuna vaxt itirirdim”

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulzun sevmədiyi üç rəqib bəlli olunub.

Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçinin özü açıqlayıb.

O, meydanda qarşılaşmaq istəmədiyi “üçlüy”ü və bunun səbəbinə də aydınlıq gətirib: “Yarımmüdafiənin mərkəzində oynayanda orada tək olmaq fikrində idim. Geniş meydanda daha rahat ötürmələr vermək istəyirdim. Amma Robbi Sevic kimi oyunçulara qarşı çıxış etməli də olurdum. O, münasib olmayan rəqibdir, daim məni bağlamağa çalışırdı. Bu da xoşuma gəlmirdi. Mən gözəl və rahat oynamaq istəyirdim. Rəqibləri yıxmaq, onlardan fiziki cəhətdən güclü olmaq lazım deyildi”.

Skoulz “Şkaf” adlandırdığı oyunçu ilə mübarizəni hədər olduğunu da bildirib: “Patrik Vieyranı da qeyd edim. O da çox hündür və yekə idi. Topun artıq nəzarətində olduğu vaxtda onu üzərindən atırdı. Patrik həm də çox ağıllı futbolçu idi. Heç kimin ağlına gəlməyəcək bir futbolçu da deyə bilərəm. Papa Buba Diopu xatırlayırsız? Böyük, nəhəng idi. Biz ona “Şkaf” deyirdik. Daim onunla mübarizəyə girməli olurdum. Amma boşuna vaxt itirirdim. Ona qarşı oynamaq xoş deyildi. Əlbəttə, Vieyra qədər deyildi, amma yenə də onun da istedadı var idi”.