14:37 21-11-2021
news_image
96
FUTBOL

“Real”la 100-cü qələbəni ən az oyunda qazanan BAŞ MƏŞQÇİLƏR

İspaniya La Liqasının XIII turunda “Rayo Valyekano” üzərində qələbə (2:1) Karlo Ançelottinin “Real”ın sükanı arxasında 100-cü qalibiyyəti olub.

Apasport.az saytının məlumatına görə, italiyalı “kral klubu”nda 100 qələbəyə ən az oyunda nail olan ikinci çalışdırıcıdır.

Ançelotti Madrid klubu tarixində bu baxımdan yalnız Joze Mourinyodan geri qalır. Portuqaliyalı 100-cü qələbəsini “Real”dakı 133-cü matçında əldə edib.

“Real”ın 100-cü qalibiyyətini ən az görüşdə qazanan baş məşqçiləri bunlardır:

1. Joze Mourinyo - 133 oyunda 100 qələbə
“Real” karyerası: 178 oyun, 127 qələbə, 28 heç-heçə, 23 məğlubiyyət

2. Karlo Ançelotti – 135 oyunda
“Real” karyerası: 135 oyun, 100 qələbə, 17 heç-heçə, 18 məğlubiyyət

3. Zinəddin Zidan - 140 oyun
“Real” karyerası: 263 oyun, 174 qələbə, 53 heç-heçə, 36 məğlubiyyət

4. Migel Munyoz - 140 oyun
“Real” karyerası: 522 oyun, 309 qələbə, 113 heç-heçə, 100 məğlubiyyət

5. Leo Benhakker - 158 oyun
“Real” karyerası: 178 oyun, 112 qələbə, 43 heç-heçə, 43 məğlubiyyət

6. Visente del Boske - 186 oyun
“Real” karyerası: 246 oyun, 133 qələbə, 57 heç-heçə, 56 məğlubiyyət