16:41 17-11-2021
news_image
294
FUTBOL

Karyerasını davam etdirənlərdən ibarət ən məşhur BRAZİLİYA KLUBU

Dünya futboluna uzun illərdir ən çox oyunçu bəxş edən ölkə, şübhəsiz ki, Braziliyadır.

Apasport.az saytının məlumatına görə, Cənubi Amerika ölkəsinin konkret bir neçə klubu Avropaya futbolçu göndərməklə məşhurdur.

Onlardan biri də ölkənin köklü komandalarından “San Paulo”dur. 6 çempionluğu olan Braziliyanın ən böyük şəhərinin komandasının bir çox yetirməsi planetin müxtəlif yerlərində karyerasını davam etdirir.

Braziliyalı həmkarlarımız bütün dünyada kifayət qədər tanınan oyunçulardan ibarət “11-lik” qurub. Maraqlıdır, həmin simvolik heyətdəki futbolçular hazırda “San Paulo”da çıxış etsəydi, komanda necə görünərdi?

3-5-2 sxeminə uyğun qurulan karyerasını davam etdirən ən məşhur “San Paulo” yetirmələrini təqdim edirik.

Qapıçı: Ederson (“Mançester Siti”)
Müdafiəçilər: Dieqo Karlos (“Sevilya”), Eder Militao (“Real”), Emerson (“Tottenhem”)
Dayaq yarımmüdafiəçiləri: Kasemiro (“Real”), Tyaqo Mendes (“Lion”)
Pleymeyker: Oskar (“Şanxay Port”)
Sol cinah yarımmüdafiəçisi: David Neres (“Ayaks”)
Sağ cinah yarımmüdafiəçisi: Antoni (“Ayaks”)
Hücumçular: Lukas Moura (“Tottenhem”), Aleşandre Pato (“Orlando Siti”)