17:06 17-11-2021
news_image
280
FUTBOL

Ölkə çempionatının dayandırılmayacağı açıqlandı

Niderland çempionatı dayandırılmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Niderland Kral Futbol İttifaqı (KNVB) təsdiqləyib.

Qurum dekabrın əvvəlinə qədər keçirilməli olan görüşlərin planlaşdırıldığı şəkildə baş tutacağını açıqlayıb. Həmin vaxta qədər matçlar boş tribunalar önündə azarkeşsiz keçiriləcək.

Belə addımın atılmasına səbəb koronavirus pandemiyasının kəskin şəkildə yayılmasıdır. Klublar KNVB-ya müraciətdə çempionatın bir müddət dayandırılmasını, azarkeşlərə qadağanın götürülməsindən sonra bərpa edilməsini istəyib.

Qurum klubların istəyini rədd edib. Bu, onunla izah olunub ki, indiki durumda azarkeşlər ən azı öz evində daxili çempionatın matçlarını izləmək imkanından məhrum olmasın.