17:23 17-11-2021
news_image
765
FUTBOL

“Bakı”nın sabiq baş məşqçisi: “Rəşad Sadıqov üçün millini çalışdırmaq tezdir”

“Rəşad Sadıqov üçün millini çalışdırmaq hələ tezdir”.

Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Novruz Əzimov deyib.

61 yaşlı mütəxəssis son vaxtlar adı Azərbaycan millisinin baş məşqçisi postuna hallanan “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovun mümkün keçidinə münasibət bildirib.

“Bakı”nın sabiq baş məşqçisi hesab edir ki, Rəşad Sadıqov milliyə rəhbərlik etmək üçün tələsməməlidir: “Düzdür, Rəşad Sadıqovun da kifayət qədər təcrübəsi var, uzun illərdir bu işin içindədir. Yaşı da az deyil. İstər şəxsi, istərsə də məşqçi keyfiyyətləri yüksəkdir. Amma qəbul edək ki, məşqçilik təcrübəsi hələ o qədər də böyük deyil. Rəşad da yığmanı çalışdıra bilər. Amma mənim fikrimcə, bunun üçün hələ tezdir”.

Qeyd edək ki, ötən ilin yayında futbolçu karyerasını bitirən 39 yaşlı Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi təyin olunub. O, 2018-ci ildə U-21-i də çalışdırıb.