22:40 17-11-2021
news_image
100
FUTBOL

PSJ “Barselona”nın müdafiəçisini istəyir

“Barselona”nın daha bir futbolçusu Fransaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, kapitan Lionel Messidən sonra akademiyanın yetirməsi Dieqo Almeydanın da PSJ-yə köçmək ehtimalı yaranıb.

Kataloniya klubunun U-19 komandasının mərkəz müdafiəçisi üçün parislilər qarşı tərəflə danışığa başlayıb. Komandalar arasında anlaşma əldə edilərsə, 17 yaşlı oyunçu əvvəlcə PSJ-nin aşağı yaş qrupuna cəlb ediləcək, oradan əsas komandaya yüksələcək.

Qeyd edək ki, Dieqo Almeydanın “Barselona” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.