22:04 17-11-2021
news_image
387
FUTBOL

Millimizin “yazdığı tarix” Qazaxıstanda yad edildi

DÇ-2022-nin seçmə mərhələsinin Fransa ilə oyununda 0:8 hesabı ilə uduzan qazaxıstanlılar hələ də bu məğlubiyyəti unuda bilmir.

Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız acınacaqlı məğlubiyyət aldıqları rəqibin ən böyükhesablı qələbələrini yad edib.

Onlar Fransanın Azərbaycanla oyununu da qeyd edib. Oserdə 0:10 hesabı ilə uduzan millimiz “üçrənglilər”in tarixinə düşüb. Yığmamızın 1995-ci ildə “yazdığı tarix” unudulmasa da, ötən əsrdə qalıb.

Qazaxıstan üzərində qələbə isə Fransa üçün XXI əsrdə ən böyük fərqli uğurun təkrarıdır. Tarixində 5-ci dəfə 8 top fərqinə sevinən son dünya çempionları XXI əsrdə Yamayka ilə Qazaxıstanı eyni hesabla yenib. Lakin yalnız sonuncularla görüş seçmə xarakterli olub. 

Fransamın ən böyükhesablı qələbələri
06.09.1995. Fransa – Azərbaycan – 10:0
13.11.2021. Fransa – Qazaxıstan – 8:0
08.06.2014. Fransa – Yamayka – 8:0
02.06.1957. Fransa – İslandiya – 8:0
17.12.1953. Fransa – Lüksemburq – 8:0
29.04.1913. Fransa – Lüksemburq – 8:0